Türkiyənin ASELSAN şirkəti İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) yeni pilotsuz quru platformalarını təqdim edib.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sərgi çərçivəsində ASELSAN tərəfindən Türkiyənin Quru Qoşunları üçün hazırlanmış 4 yeni elektron döyüş sistemi və pilotsuz quru nəqliyyat vasitəsi nümayiş etdirilib.
Pilotsuz sistemlərdə ənənəvi qaydaları dəyişən və üstün keyfiyyətləri ilə seçilən yeni məhsullar arasında elektron döyüş sistemi EJDERHA, elektron dəstək sistemi SÖKMEN, orta sinif ikinci səviyyəli pilotsuz quru vasitələri TUNGA və ERTUNGA yer alıb.
İstər hərbi hissələrin mühafizəsində, istərsə də hərbi texnikaların hərəkəti zamanı yaxınlıqdakı bütün partlayıcılara qarşı innovativ üsulla inkişaf etdirilən texnologiyalar yüksək dəqiqliyə malikdir. Bu sistemlərin terror təşkilatlarının tez-tez tətbiq etdiyi bəzi partlayıcı və dron hücumlarına qarşı effektli olacağı bildirilir.