Yaponiya Rusiyaya hibrid avtomobillər ixrac etməyəcək

A- A A+

Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 kubsantimetrdən çox olan, hibrid mühərrikli avtomobillərin və yük avtomobilləri üçün təkərlərin Rusiyaya ixracını qadağan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyətlər avqustun 9-dan qüvvəyə minəcək. Nişimura bildirib ki, Yaponiya beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə yaxından işləməyə davam edərək Rusiyaya qarşı qoyulan məhdudiyyətlərə ciddi şəkildə əməl etmək üçün lazım olan hər şeyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: