“Hraparak”: Ermənistan kağız üzərində dövlətdir

A- A A+

Ermənistanda Paşinyan hakimiyyətinə inamsızlıq, eləcə də vətəndaş itaətsizliyi halları artmaqdadır. Ermənistan dövlətinin mövcudluğunun sual altında olduğunu dilə gətirən erməni mediası suverenliyin itirilməsindən şikayətlənir.

NUHÇIXAN xəbər verir ki, “Hraparak” erməni nəşrində “Ermənistan kağız üzərində dövlətdir” başlıqlı məqalə dərc olunub.  Həmin məqalədə 2020-ci ildən - 44 günlük müharibədən başlayaraq ermənilərin hər keçən gün özünü daha da gücsüz və bacarıqsız hiss etdiyi qeyd olunub: “Şuşa və Hadrutu, ümumilikdə isə Qarabağı itirməklə başlayan erməni itkiləri davam edir. Bunlar təkcə ərazi itkisi deyil, həm də 21-ci əsr dövlətinin milli ləyaqət baxımından vətəndaş şəxsiyyətinin itkisidir. Əslində, biz suverenliyin bütün atributlarını itirmiş, ancaq qidalanma, çoxalma və yaşamaq kimi heyvani instinktini qoruyub saxlayan kağız üzərində formal dövlətik”.

Həmin məqalədə Ermənistan hakimiyyəti həm də ona görə tənqid olunur ki, Qarabağdakı erməni əhalisinin və separatçıların “blokada” şousuna guya hökumət tərəfindən əməli dəstək verilmir. Göründüyü kimi Ermənistan dövləti və mediası hələ də işğalçılıq və separatçılıq iddialarından əl çəkə bilmir.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: