Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Kundinamarka departamentinin yanğınsöndürmə idarəsinin sözçüsü Alvaro Farfan özünün tviter səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl torpaq sürüşməsi nəticəsində 26 nəfərin öldüyü, 3 nəfərin isə itkin düşdüyü bildirilmişdi.