Tailandda pirotexnika anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb

A- A A+

Tailandın Malayziya ilə sərhədində yerləşən Sunqaykolok şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Narathivat əyalət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Menecer Online” qəzetinin məlumatına görə, ölənlər arasında səkkiz aylıq və dörd yaşlı uşaqlar da var.

Anbarda baş vermiş partlayış və yanğın nəticəsində 121 nəfər xəsarət alıb, 111 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Partlayış nəticəsində yerli ticarət mərkəzinə, bazara və 500 m radiusda yerləşən evlərə böyük ziyan dəyib. Hökumət orqanlarının məlumatına görə, ümumilikdə 292 evə ziyan dəyib, onlardan 50-si tamamilə dağılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: