Pakistandakı terror aktında ölənlərin sayı artıb

A- A A+

Pakistanın Xayber-Paxtunxva əyalətində “İslam Alimləri Assambleyası” partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Dawn” qəzeti Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.

Onun sözlərinə görə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb: “Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: