Rusiya silahlı qüvvələri iyulun 31-də Ukraynanın Krivoy Roq şəhərini raket atəşinə tutub. Raketlərdən biri dördmərtəbəli məktəb binasına, digəri isə doqquzmərtəbəli yaşayış binasına düşüb. Ölənlər və yaralılar var.
NUHÇIXAN xəbər verir ki, Ukrayna daxili işlər naziri İqor Klimenkonun açıqlamasına görə, hazırda hadisə yerində xilasedicilər və polislər işləyir.
Raket yaşayış binasının dördüncü mərtəbəsindən doqquzuncu mərtəbəsinə qədər olan hissəsini dağıdıb, binada yanğın baş verib.
Dağıntılar altında insanların olduğu bildirilir.