Ukrayna kəşfiyyatı: "Krımda işğalçılarla ukraynayönümlü mülki əhali arasında qarşıdurma güclənir"

A- A A+

Krımda işğalçılarla ukraynayönümlü mülki əhali arasında qarşıdurma güclənir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqramında yazılıb.

Bildirilib ki, yarımadada “Molotov kokteyli” adlanan vasitələrdən hərbi obyektlərə hücumlar sistematik xarakter alıb: “Bu hücumların əksəriyyətinin təşkilatçıları Ukraynanı dəstəkləyən qüvvələrdir. Bu cür hücumlara müqavimət göstərmək üçün Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Kütləvi saxlama və həbslər həyata keçirilir”.

Vurğulanıb ki, saxlanılan və həbs edilənlərin əksəriyyəti Krım tatar xalqının nümayəndələridir. Onların arasında Krım Tatar Xalqı Məclisinin sədr müavini Nəriman Cəlal, jurnalist və “Krım Həmrəyliyi” ictimai birliyinin üzvü Timur İbrahimov, ictimai xadim Rustem Seyitməmetov da var.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov daha əvvəl bir çox rus işğalçının ailələri ilə birlikdə Krımdan çıxdığını bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: