Britaniya kəşfiyyatı Rusiya ordusunun Ukraynada üzləşdiyi problemləri açıqlayıb

A- A A+

Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynanın cənubunda fəaliyyət göstərən Rusiya qüvvələrinin problemlərini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə nazirlik kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya ordusu Ukraynada psixoloji böhrandan, silah-sursat çatışmazlığından, müxtəlif hərbi birləşmələrin bölmələri arasında koordinasiya problemlərindən əziyyət çəkir.

Məlumatda vurğulanıb ki, Ukraynanın cənubunda gərgin döyüşlər gedir: “Orexovo şəhəri yaxınlığında fəaliyyət göstərən Rusiyanın 58-ci birləşmiş silahlı ordusu artıq əldən düşüb. Buna səbəb 8 həftədən çoxdur davam edən gərgin döyüşlərdir”.

Qeyd edək ki, bu il iyun ayının əvvəlində Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: