Aİ Ukraynaya "Zuzana" artilleriya qurğularını tədarük etməyə başlayıb

A- A A+

Avropa İttifaqı (Aİ) Ukraynaya 2 ədəd “Zuzana-2” özüyeriyən artilleriya qurğusu təhvil verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Lüdovit Odor məlumat yayıb.

Onun sözlərinə görə, sülh üçün Ukraynaya yardım davamlı olmalıdır.

Ukraynaya daha 14 “Zuzana”nın təhvil veriləcəyi gözlənilir. Bundan əlavə, Slovakiya Ukrayna üçün “Zuzana-2” özüyeriyən artilleriya qurğuları istehsal edəcək. Artıq hər iki ölkə arasında bununla bağlı imzalanmış müqavilə təsdiqlənib.

Qeyd edək ki, bu texnikalar ilk dəfədir Ukraynaya tədarük edilir.

Xatırladaq ki, “Zuzana-2” özüyeriyən silahlar 155 mm-lik topla təchiz edilib və 41 kilometrə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. O, 1 dəqiqədə 6 atəş həyata keçirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: