İranda istilər səbəbindən iki əlavə istirahət günü elan edilib

A- A A+

İran hakimiyyəti anomal istilər səbəbindən çərşənbə və cümə axşamını istirahət günü elan edib.

NUHÇIXAN xəbər verir ki, hökumət müəssisələrinin, bankların və məktəblərin müvəqqəti bağlanması barədə qərar İran Səhiyyə Nazirliyinin havaların isti keçməsi ilə əlaqədar günvurma hallarının mümkün çoxalması barədə xəbərdarlığı ilə bağlı verilib.

Son günlər İranda havalar həddən artıq isti keçir. Avqustun 1-də Tehranda termometrlər 38 dərəcəyə, ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərində isə 50 dərəcəyədək qalxıb.

Meteoroloqlar növbəti üç gün ərzində Tehranda temperaturun daha da artacağını proqnozlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: