ABŞ-nin uzunmüddətli kredit reytinqi endirilib

A- A A+

"Fitch" beynəlxalq reytinq agentliyi Amerika Birləşmiş Ştatlarının uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+" səviyyəsinə endirib və proqnozu mənfidən sabitə dəyişib.

NUHÇIXAN “Fitch Ratings”ə istinadla xəbər verir ki, ABŞ-nin kredit reytinqi son 12 ildə ilk dəfə olaraq aşağı salınıb.

Bildirilib ki, ABŞ-nin reytinqinin aşağı salınması növbəti üç il ərzində gözlənilən maliyyə vəziyyətinin pisləşməsini, yüksək və artan ümumi hökumət borc yükünü və son iki ildə “AA” və “AAA” reytinqli həmkarlarına nisbətən idarəetmənin aşınmasını əks etdirir.

Məsələ ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-nin maliyyə naziri Canet Yellen "Fitch"in qərarı ilə qətiyyən razılaşmadığını bildirib. "Fitch"in qərarı amerikalıların, sərmayəçilərin və dünyadakı insanların onsuz da bildiklərini dəyişmir", - deyə C.Yellen əlavə edib.

Qeyd edək ki, ABŞ-nin kredit reytinqi sonuncu dəfə 2011-ci ildə başqa bir reytinq agentliyi olan "Standard & Poor's" tərəfindən aşağı salınmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: