Türkiyə müdafiə sənayesinin inkişaf etdirdiyi PUA texnologiyalarının dünyanın müxtəlif bölgələrinə ixracı davam edir.
NUHÇIXAN xəbər verir ki, Türkiyənin qabaqcıl müdafiə şirkətlərindən olan HAVELSAN-dan verilən açıqlamada, şirkət tərəfindən hazırlanan buludaltı pilotsuz uçuş aparatı BAHA-nın ilk ixracının Afrika ölkəsinə edildiyi bildirilib.
Qeyd edək ki, BAHA müasir orduların ehtiyaclarını qarşılamaq üçün müxtəlif faydalı yüklərin inteqrasiyasına imkan verən üstün xüsusiyyətləri ilə bütün pilotsuz sistemlərlə birgə fəaliyyət göstərə bilən avtonom vasitədir. Bir neçə dəqiqə ərzində işə düşə bilən sistem iki nəfər tərəfindən asanlıqla quraşdırılmaq və bir nəfər tərəfindən idarə edilmək üçün nəzərdə tutulub.