Fransızlar Niameydən qaçaraq təxliyə edilmələrinə təəccüblənirlər

A- A A+

Nigerdən fransız vətəndaşlarının təxliyəsi başlanıb. Göyərtəsində 262 fransız və digər ölkələrin vətəndaşları olan A330 təyyarəsi bu gecə yerli vaxtla saat 2:30-da Roissy–Charles-de-Gaulle aeroportuna enib.

NUHÇIXAN xəbər verir ki, yerli mətbuata müsahibələrində bu insanlar təxliyənin bu qədər tələskən aparılmasından təəccüblənərək, Niamey şəhərində xüsusi gərginlik olmadığını bildiriblər. Qeyd ediblər ki, həmişə olduğu kimi, əhali gündəlik işini davam edir, heç bir təhlükə yoxdur və olacağı da gözlənilmir.

Qeyd edək ki, avqustun 1-də Fransa Xarici İşlər Nazirliyi kommunikesində Niameydə vəziyyətin yaxşı olmadığını, səfirliyə qarşı zorakılıq aktı törədildiyini və hava məkanının bağlandığını bildirərək, vətəndaşlarının təxliyəsinə hazırlaşdığını bəyan etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: