“İran rəhbərliyi arasında Ukraynadakı müharibə üçün Rusiyaya kamikadze dronların tədarükü ilə bağlı mübahisə yaranıb”.
NUHÇIXAN xəbər verir ki, bunu Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur xarici KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın heç bir fərq qoymadan Ukrayna şəhərlərinə hücumu Tehran rejimində daxili çəkişmələrə səbəb olub.
R.Mur Ukraynanın davam edən əks-hücum əməliyyatlarının uğurlu olduğunu söyləyib: “Ukraynalı komandirlər rus həmkarlarından fərqli olaraq, öz əsgərlərinin həyatını qorumaq istəyirlər. Buna görə də daha ehtiyatlı davranırlar”.
Britaniya rəsmisi düşünür ki, Qərbin məqsədi Rusiya ordusunun Ukrayna ərazisindən çıxmasıdır: “Sülh şərtlərini biz yox, Ukrayna müəyyən etməlidir. Bizim işimiz Ukraynanı ən güclü mövqedən çıxış etməsinə dəstək olmaqdır”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.