Dövlət Departamenti Belarus və Polşa arasındakı münaqişədə NATO-nun rolunu şərh edib

A- A A+

“Şimali Atlantika Müqaviləsi Təşkilatı Polşanın Belarusa qarşı ittihamları ilə əlaqədar kollektiv müdafiə prinsipinin aktivləşdirilməsi variantını nəzərdən keçirmir”.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.

“NATO ölkələrinin 5-ci maddəyə istinad etməsi prosesi var. Biz hazırda o vəziyyətdə deyilik”:-deyə o bildirib.

Qeyd edək ki, 5-ci maddə təşkilatın bir və ya bir neçə üzv ölkəsinə silahlı hücuma məruz qaldıqda kollektiv cavab tədbirləri nəzərdə tutur.

Avqustun 1-də Polşa Xarici İşlər Nazirliyi iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: