ABŞ Yunanıstan adalarında yeni hərbi bazalar yaratmaq imkanını nəzərdən keçirir

A- A A+

ABŞ Konqresinin Nümayəndələr Palatası Müdafiə Büdcəsi qanununa Yunanıstan adalarında ABŞ hərbi bazalarının yaradılması imkanının nəzərdən keçirilməsini tələb edən düzəlişi qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yunanıstanın “Parapolitika” qəzeti məlumat yayıb.

Dəyişiklik müdafiə naziri və dövlət katibini ABŞ-nin Yunanıstandakı hərbi mövcudluğunu genişləndirmək üçün mövcud imkanları birgə araşdırmağa, o cümlədən adalara xüsusi diqqət yetirməyə çağırır.

Senat artıq öz qanun layihəsinə səs verib və indi iki qanunverici orqan prezident Cozef Baydenə göndəriləcək yekun mətnin formalaşdırılması üçün danışıqlar aparır.

Nümayəndələr Palatasının düzəlişinə əsasən, qanun layihəsinin imzalanmasından sonra iki ay ərzində hesabata ABŞ-nin Yunanıstan Respublikasında, xüsusən də Yunanıstan adalarında əlavə bazaların yaradılması və ya hərbi mövcudluğunun genişləndirilməsi imkanlarının təhlili, yenilənmiş Birləşmiş Ştatlar-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində Birləşmiş Ştatlara verilmiş əsas hüquqların təsviri, Birləşmiş Ştatlar-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişinə daxil olan bazalara ABŞ-nin fəaliyyətinin və investisiyalarının təsviri, 2021-ci il tarixli ABŞ-Yunanıstan Müdafiə və Parlamentlərarası Tərəfdaşlıq Aktının tələb etdiyi kimi təhlükəsizlik sahəsində əməkdaşlığın vəziyyətinin qiymətləndirilməsi barədə məlumatlar daxil olmalıdır.

Yunanıstan və ABŞ 2019-cu ilin oktyabrında 1990-cı ildə bağlanmış qarşılıqlı müdafiə sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklər edib. Sənəddə ABŞ-nin Krit adasındakı Souda körfəzindəki hərbi-dəniz bazasının genişləndirilməsi, Larisa şəhəri yaxınlığındakı hərbi hava qüvvələri bazası, Stefanovikio (Maqnisiya regionu) ordusunun aviasiya bazası və şimal-şərqdəki Aleksandrupolis limanından istifadə edilməsi nəzərdə tutulur.

Sənəd həmçinin Yunanıstan ərazisində Afinanın razılığı ilə ABŞ-nin istənilən başqa hərbi obyektdən istifadə imkanını da nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: