Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.
Məlumata görə, 6 PUA zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntının qeydə alınmadığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Xatırladaq ki, son vaxtlar Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA-larla zərbələr endirir.
Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə daha əvvəl savaşın sürətlə Rusiya ərazisinə keçəcəyini söyləyib.