Vulkanoloqlar avqustun 3-də Böyük Kuril silsiləsinin Paramuşir adasındakı Ebeko vulkanında 3 kilometr hündürlüyündə kül dumanı qeydə alıblar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Ebeko vulkanı 2016-cı ilin noyabr ayından fəallaşıb. Ona narıncı aviasiya təhlükə kodu verilib. Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə aktivlik nümayiş etdirir.