“Apple” şirkəti Pekində daşqınların fəsadlarının aradan qaldırılmasına kömək edəcək

A- A A+

“Apple” şirkətinin baş direktoru Tim Kuk bildirib ki, şirkət Pekində və Hebey vilayətində daşqınların fəsadlarının aradan qaldırılması işlərinə kömək edəcək.

NUHÇIXAN xəbər verir ki, Tim Kuk Çinin “Weibo” sosial şəbəkəsində “Apple” şirkətinin yerlərdə fəsadların aradan qaldırılması işləri üçün vəsait ayıracağını yazıb.

Xatırladaq ki, iyulun 29-dan avqustun 1-dək Pekində son 140 ildə görünməmiş leysanlar olub. Ayrı-ayrı meteoroloji müşahidə yerlərində rekord miqdarda yağıntı düşüb - 740 mm-dən çox. Daşqınlar şəhərin qərb və şimal hissəsinə böyük ziyan vurub. 11 nəfər həlak olub, 27 nəfər itkin düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: