Fransa vətəndaşlarının Nigerdən təxliyəsi başa çatıb

A- A A+

Fransa vətəndaşlarının Nigerdən təxliyəsi ilə bağlı avqustun 1-də başlayan əməliyyat başa çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici siyasət idarəsi hələ də Nigerdə çətin vəziyyətdə qalan bütün Fransa vətəndaşlarına ölkənin paytaxt Niameydəki səfirliyinin konsulluq şöbəsi ilə əlaqə saxlamağı və ya nazirliyin böhran mərkəzinə zəng vurmağı tövsiyə edib.

Fransa XİN planlaşdırılan beş təxliyə aviareysindən dördü ilə Nigerdən 992 nəfərin, o cümlədən 560 fransalının çıxarıldığını bildirib. Sonuncu – beşinci reyslə təxliyə olunan insanların sayı barədə məlumat verilmir. Təxliyə zamanı Fransa vətəndaşlarından başqa, digər ölkələrin nümayəndələri, o cümlədən Belçika, Almaniya, İtaliya, ABŞ və Kanada vətəndaşları da Nigerdən çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: