Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub

A- A A+

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər iyunun 3-də milli müdafiə naziri təyin olunub.

Həmin vaxtdan Baş Qərargah rəisi vəzifəsi boş idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: