Niger qiyamçıları ölkədə tətbiq edilən komendant saatını ləğv ediblər

A- A A+

Nigerdəki üsyançıların hakim orqanı - Vətənin Müdafiəsi üzrə Milli Şurası prezident Məhəmməd Bazum hakimiyyətdən kənarlaşdırıldıqdan sonra ölkə ərazisində tətbiq edilən komendant saatının ləğv edildiyini elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Şuranın sözçüsü polkovnik Amadu Abdraman bildirib.

Qeyd edək ki, iyulun 26-da Niger hərbçilərinin üsyançı qrupu Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını, komendant saatının tətbiq edildiyini, konstitusiya fəaliyyətinin dayandırıldığını elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: