KİV: Rusiya 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə Ukraynanı vurur

A- A A+

Rusiya Ukraynanı 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə bombalayır.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Azadlıq Radiosu”nun “Sxemlər” proqramında bildirilib.

Bildirilib ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2 noyabr 1999-cu il tarixli razılaşma əsasında X-55 qanadlı raketlərini istehlak etdiyi Rusiya qazına görə borcunu ödəmək müqabilində Rusiya Federasiyasına verib.

Jurnalistlər Rusiyanın artıq Ukrayna şəhərlərinə atdığı mərmi siyahısından azı onlarla bu raketdən tapıblar.

1999-cu il müqaviləsində borcun ödənilməsi kimi 275 milyon dollarlıq silahların təhvil verilməsi nəzərdə tutulurdu. Bu məbləğə Ukrayna Rusiyaya səkkiz Tu-160 və üç Tu-95MS ağır bombardmançı təyyarəsi, həmçinin 575 X-55 qanadlı raketi verib.

Razılaşmanın əsas təşəbbüskarı “Naftoqaz” MSC-nin ovaxtkı rəhbəri İqor Bakay olub.

Amerikalılar sövdələşməyə qəti şəkildə qarşı çıxıblar və nəticədə strateji bombardmançı təyyarələrin və raketlərin qaz borclarına dəyişdirilməsi praktikası davam etdirilməyib.

Ukraynada qalan 11 Tu-160 daha sonra yararsız vəziyyətə salınan və Poltava Uzaqmənzilli və Strateji Aviasiya Muzeyində yerləşən bir təyyarə istisna olmaqla, ABŞ tərəfindən maliyyələşdirilən Nunn-Luqar proqramı çərçivəsində utilizasiya edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: