“Yəqin ki, ukraynalı pilotların F-16 qırıcıları ilə təlimi yayın sonunda başlayacaq və təxminən altı ay davam edəcək”.
NUHÇIXAN “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat telemarafonun efirində deyib.
Onun sözlərinə görə, prosesi sürətləndirmək üçün bütün ölkələrin təlimə qoşulması vacibdir.
Y.İqnat qeyd edib ki, pilotların bu qırıcıların idarəolunmasını tam şəkildə öyrənməsi üçün yarım ilə ehtiyac var.
Xatırladaq ki, Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva daha əvvəl qırıcıların tədarükü ilə bağlı qərarın yaxın vaxtlarda qəbul olunacağını bildirmişdi.