ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və bunun çətin olacağını başa düşür.
NUHÇIXAN xəbər verir ki, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Patrik Rayder deyib.
“Ukraynanın apardığı bu döyüşün asan olması ilə bağlı heç bir illüziya yoxdur. Rusiyanın möhkəmlənməyə vaxtı olub, Ukrayna isə irəliləyir, ona görə də döyüşlər çətin olacaq”, - deyə P.Rayder vurğulayıb. O əlavə edib ki, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır.
Pentaqonun sözçüsü onu da bildirib ki, ABŞ “Vaqner”in Belarusa köçürülməsi ilə əlaqədar Polşada ABŞ qüvvələrinin yerləşdirilməsinə düzəliş etmək üçün heç bir səbəb görmür.