İsveçdə mədəniyyət festivalında toqquşma olub, 50 nəfər xəsarət alıb

A- A A+

Stokholm şəhərində keçirilən “Eritreya Skandinaviya” mədəniyyət festivalında baş verən toqquşma nəticəsində 50-dən çox insan, o cümlədən üç polis əməkdaşı xəsarət alıb.

NUHÇIXAN xəbər verir ki, həkimlər xəstəxanalara yerləşdirilən 15 yaralıdan 8-nin vəziyyətini ağır qiymətləndirir.

İsveç hakimiyyət orqanlarının məlumatına görə, hadisəyə minə yaxın etirazçının festivalın keçirildiyi əraziyə gələrək polisi daşa basması səbəb olub. İğtişaşda iştirak edən 100-dən çox şəxs saxlanılıb.

“Eritreya Skandinaviya” festivalı 30 il öncə Efiopiyadan müstəqillik qazanan ölkənin mədəni irsinin təbliği məqsədi daşıyır. Buna baxmayaraq, 1990-cı ildən bəri hər il keçirilən festivalda Eritreya hakimiyyətini dəstəkləyən şəxslərin iştirakı etirazla qarşılanır. Hazırda İsveçdə on minlərlə Eritreya əsilli insan yaşayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: