Kerç boğazında Rusiya tankeri dəniz dronu ilə vurulub

A- A A+

Avqustun 5-nə keçən gecə Kerç boğazında Rusiyanın ticarət tankerinə dəniz dronu ilə hücum edilib.

NUHÇIXAN xəbər verir ki, lövbərdə dayanmış tanker hücum nəticəsində zədələnib. Xarici KİV-də yayılan məlumatlara görə, hücumun arxasında Ukraynanın Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələri dayanır. Xüsusi əməliyyat suüstü pilotsuz aparat vasitəsilə həyata keçirilib.

Novorossiysk dəniz xilasetmə-koordinasiya mərkəzindən TASS agentliyinə bildirilib ki, tankerdə 11 nəfər olub, xəsarət alan yoxdur, yanacaq sızıntısı baş verməyib. Hazırda tankerin yedəyə alınması məsələsi həll olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: