Rəsmi İslamabad “Taliban”ı Pakistanın təhlükəsizliyinin təhdidində iştirakda ittiham edib.
NUHÇIXAN “Aj News”a istinadən xəbər verir ki, bunu Pakistanın xarici işlər nazirinin müavini Hana Rəbbani avqustun 5-də yerli telekanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkəsi ittihamla bağlı Əfqanıstandakı “Taliban” hökumətinə sənədlər təqdim edib.
H.Rəbbani Pakistanın xarici işlər naziri Bilawal Bhutto Zardarinin son açıqlamalarını təkrarlayaraq deyib ki, Əfqanıstandakı hökumət “Taliban” terror qruplaşmasına qarşı fəaliyyət göstərməyəcəyi halda İslamabadın özünü qorumaq üçün beynəlxalq qanunlara uyğun tədbirlər görəcək: “Bu ölkənin özünü qorumaq üçün hərəkətə keçmək hüququ var".
Nazir müavini əlavə edib ki, əvvəlki hakimiyyətin süqutundan sonra Əfqanıstanda terror aktları daha tez-tez baş verir. Hətta qanuni viza ilə Pakistana daxil olanlar da bəzi hücumlarda iştirak ediblər.
Qeyd edək ki, bu yaxınlarda Pakistanın Hayber-Puştun əyalətinin Bacaur rayonunda 50-dən çox insanın ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumu olub. Bu hadisənin məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.