Ermənistan Baş naziri Nikol Paşinyan Penitensiar Xidmətin rəhbəri Sergey Atovmyanı vəzifəsindən azad edib.
NUHÇIXAN xəbər verir ki, müvafiq sərəncam Ermənistan hökumətinin saytında dərc edilib.
Qeyd edək ki, 2019-2021-ci illərdə Atovmyan Ermənistan parlamentinin deputatı olub, əvvəl isə o, Ararat vilayətinin qubernatorunun müavini olub.
Atovmyan Ermənistan Baş nazirinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Penitensiat Xidmətinin rəisi təyin edilib.