Rusiya “Qastello” kamikadze dronlarının istehsalına başlayıb

A- A A+

Rusiya “Qastello” kamikadze dronlarının istehsalına başlayıb.

NUHÇIXAN "RİA Novosti”yə istinadən xəbər verir ki, ay ərzində konveyerlərdən 5000 qurğunun buraxılması nəzərdə tutulub.

Yeni dronlar gecələr də istifadə oluna biləcək. Dronları idarə edən operatorlar monitorda onun hərəkətini izləyə biləcək.

Qeyd edək ki, kvadrokopter Sovet İttifaqı Qəhrəmanı Nikolay Qastellonun şərəfinə adlandırılıb. İkinci Dünya müharibəsində onun təyyarəsi faşist texnikasının cəmləşdiyi əraziyə zərbə endirib. Ekipaj üzvləri həlak olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: