“Tacikistan hərbçiləri Belarusun hərbi təhsil müəssisələrində təlim keçəcəklər”.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko bildirib.
Qeyd edilib ki, Tacikistan Müdafiə Nazirliyinin nümayəndələri iyulun 31-dən avqustun 4-dək Belarusdakı hərbi təhsil müəssisələri ilə tanış olmaq üçün səfərdə olublar.
V.Revenkonun sözlərinə görə, səfərin nəticələrinə əsasən Belarusda tacikistanlı hərbçilərə təlim keçirilməsinə dair razılıq əldə olunub.