“Amazon” şirkətinin gəlirləri 11 faiz artıb

A- A A+

ABŞ-ın e-ticarət nəhəngi olan “Amazon”un cari ilin 2-ci rübü üçün hesabatı açıqlanıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin həmin dövrdəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 faiz artaraq 134,4 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb.

İkinci rübdə “Amazon”un xalis mənfəəti də 6,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərər verdiyini açıqlamışdı.

Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin ikinci rübündə 65 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 20 sent itirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: