Ukraynanın xarici işlər naziri Dmitri Kuleba axşam saatlarında Rusiyadan atılan raket hücumuna reaksiya verib. O, tərəfdaşları Ukraynanı “F-16” qırıcıları ilə silahlandırmağa çağırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.
“Bu şənbə günü Rusiya Ukraynaya növbəti raket zərbəsi endirib. Rusiya dayandırılmayana qədər durmayacaq”, - deyə o bildirib.
Kuleba dünyanın ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməli olduğunu vurğulayıb:
“Qlobal birlik ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməlidir: Ukraynanı, o cümlədən səmanı bağlamaq üçün Kiyevi “F-16”larla silahlandırmalı və Ukrayna sülh formulu həyata keçirməlidir”.