Gürcüstanda torpaq sürüşməsi nəticəsində Şovi kurortu tamamilə dağılıb

A- A A+

Gürcüstanda torpaq sürüşməsi nəticəsində Şovi kurortu tamamilə dağılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

“Birbaşa deyə bilərik ki, Şovi artıq yoxdur, o, tamamilə dağılıb”, – mer deyib.

Qeyd edək ki, avqustun 5-də gecə saatlarında daha bir nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da təbii fəlakət qurbanlarının sayı 17-yə çatıb.

Xatırladaq ki, avqustun 3-də günorta saatlarında “Sunset Shovi” hotelinin ərazisində torpaq sürüşməsi baş verib, nəticədə otelə gedən körpülər və yollar dağılıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Şovidə torpaq sürüşməsi zamanı insanların həlak olması ilə əlaqədar avqustun 7-ni matəm günü elan edib. Avqustun 4-də Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib ki, xilasedicilər sürüşmə zonasında olan 50-yə yaxın insanla əlaqə yarada bilməyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: