Yaponiya sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 17,8 min nəfərin yaşadığı Nişinomote (Kyuşu) şəhərindən 37 km şimal-şərqdə, mənbə 13 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.