Nigerdə ​​üsyançılar hava məkanını bağlayıblar

A- A A+

Nigerdə ​​hərbi çevriliş nəticəsində hakimiyyətə gələn üsyançılar ölkənin hava məkanını bağladıqlarını elan ediblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.

Üsyançıların hakim orqanı olan Milli Şura hava məkanının bağlandığını elan edib.

Bundan əvvəl bildirilirdi ki, Milli Şura ölkəyə qarşı xarici təcavüzün hazırlanması ilə bağlı bəyanat yayıb. Şura mümkün xarici müdaxiləyə hazırlaşdığını qeyd edib.

Xatırladaq ki, Nigerdə ​​üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin partiyaların hər hansı siyasi işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: