Səudiyyə Ərəbistanı “Bayraktar” PUA-larının istehsalına başlayır

A- A A+

Səudiyyə Ərəbistanı Hərbi Sənaye Şirkəti (SAMI) və Türkiyənin təyyarə istehsalçısı "Baykar" arasında "Bayraktar Akıncı" döyüş pilotsuz təyyarələrinin istehsalının lokallaşdırılmasını nəzərdə tutan müqavilə imzalanıb.

NUHÇIXAN xəbər verir ki, SAMI bu barədə tviterdə məlumat yayıb.

"Bayraktar Akıncı" pilotsuz uçuş aparatlarının və onların komponentlərinin Səudiyyə Ərəbistanında istehsalını lokallaşdırmaq üçün Türkiyənin "Baykar" şirkəti ilə strateji müqavilənin imzalandığını elan etməkdən məmnunuq. Bu müqavilə milli müdafiə sənayesinin dəstəklənməsində rolumuzu gücləndirəcək və imkanlarımızı genişləndirəcək”, - şirkətin açıqlamasında bildirilir.

İyulun 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzi ölkələrinə üç günlük turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edib. Səfərdən sonra “Baykar”la Səudiyyə Ərəbistanı arasında zərbə PUA-sının tədarükü üzrə 3 milyard dollarlıq saziş imzalanıb. Bu, Türkiyənin hərbi-sənaye kompleksi sahəsində imzaladığı ən iri birdəfəlik müqavilədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: