Venesuela Prezidenti Quranın yandırılmasına göz yuman Avropa liderlərini tənqid edib

A- A A+

Venesuela Prezidenti Nikolas Maduro İsveç və Danimarkada Quranın yandırılmasına göz yuman Avropa dövlətlərinin liderlərini tənqid edib. O, bu barədə “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.

NUHÇIXAN xəbər verir ki, Venesuela Prezidentinin fikrincə, müqəddəs kitabların yandırılmasına göz yumanlar bu prosesdə dolayısı ilə iştirak edirlər. O, mövcud problemi işıqlandırmayan KİV-ləri də qınayıb.

“Avropalı xristianların müqəddəs kitabı göz önündə yandırılsaydı, onlar nə deyərdilər? Ona görə də İslam aləmində müqəddəs kitabın təhqir olunmasına qəzəbli reaksiya verilməsi tamamilə təbiidir”, - deyə Venesuela Prezidenti vurğulayıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: