Hakan Fidan: “Türkiyəsiz Avropa İttifaqı real aktor ola bilməz”

A- A A+

“Avropa İttifaqı Türkiyəsiz real aktor ola bilməz”.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən XIV səfirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərin tam üzvlüklə canlandırılması çox əhəmiyyətlidir: “Xarici əlaqələrimizin struktur əsasını yaratmağa çalışırıq“.

H.Fidan Türkiyənin iqtisadi cəhətdən 10 böyük dövlətdən biri olması istiqamətində fəaliyyəti davam etdirəcəklərini də vurğulayıb: “Bütün coğrafi istiqamətlərdə əlaqələrimizi inkişaf etdirəcəyik. Energetika və kommunikasiya sahələrində mərkəz olmaq üçün fəaliyyətimizi gücləndirəcəyik. TANAP, Xəzərdən keçən Orta Dəhliz kimi layihələrə önəm verəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: