Pentaqon Yaxın Şərqə 3000-dən çox hərbçi göndərib

A- A A+

ABŞ Yaxın Şərqə 3000-dən çox hərbçi yerləşdirib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni qüvvələr avqustun 6-da “Bataan" və “Carter Hall” desant gəmiləri ilə Qırmızı dənizə gəlib. Mətbuat xidmətinin məlumatına görə, bu, ABŞ hökumətinin əvvəllər elan etdiyi hərbi qüvvə və vasitələrin yerləşdirilməsi ilə bağlıdır. Bölgəyə təkcə ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə personalı deyil, həm də təyyarələr, helikopterlər və amfibiya maşınları yerləşdirilib.

İyulun sonunda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqladığı planında iddia edilib ki, ABŞ-nin müdafiə naziri Llyod Austin müvafiq əmri İranın CENTCOM-un məsuliyyət zonasında ticarət gəmilərini ələ keçirmək cəhdləri fonunda verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: