“Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı keçirilən toplantıda iştirak edib”.
NUHÇIXAN xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib.
Ciddədəki danışıqlar iki gün davam edib. Toplantı krallığın vəliəhd şahzadəsi, Rusiya və Ukrayna ilə təmasda olan Məhəmməd bin Salmanın təşəbbüsü ilə təşkil edilib.
Ukrayna münaqişəsinin nizamlanması üzrə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqların iştirakçıları məsləhətləşmələri və fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.