Norveç tənzimləyicisi avqustun 14-dən etibarən “Meta” şirkətini məxfiliyin pozulmasına görə gündə 1 milyon Norveç kronu (98,5 min ABŞ dolları - Qeyd) məbləğində cərimələməyə başlayacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Norveç İstifadəçi Məlumatlarının Mühafizəsi Agentliyinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Norveç tənzimləyicisi iyulun 17-də bildirib ki, şirkət aşkar etdiyi məxfilik pozuntularını aradan qaldırmasa, cərimələnəcək.
Cərimə noyabrın 3-dək tutulacaq. Norveç tənzimləyicisi Avropa Məlumatların Mühafizəsi Şurasına sorğu göndərərsə və krallıq orqanlarının qərarı təsdiq edilərsə, cərimə daimi ola bilər.