Dmitri Medvedev: “ABŞ Rusiyanı yer üzündən silməyə çalışır”

A- A A+

“ABŞ Rusiyanı yer üzündən silməyə çalışır”.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev teleqramda yazıb.

O bildirib ki, Vaşinqton bunu digər dövlətlərin köməyi ilə etməyə çalışır: “Vaşinqton 2008-ci ilin avqustunda olduğu kimi yenə də Rusiyaya qarşı müharibə aparır, onu yer üzündən silməyə çalışır".

Qeyd edək ki, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya işğal olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: