Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərində yaşayış evinə və kiçik hotelə Rusiya ordusunun ötən gecə atdığı "İskəndər" tipli raket zərbələri nəticəsində ölən və yaralananların statistikası yenilənib.
NUHÇIXAN-ın məlumatına görə, ölənlərin sayı 7-yə, yaralananların sayı isə 81 nəfərə çatıb.
Ölənlərdən 5-i mülki şəxs, 1-i əsgər və 1-i xilasedicidir.
Qeyd edilib ki, yaralananlardan 39-u mülki şəxs, o cümlədən 2-si uşaq, 31-i polis, 7 nəfəri Fövqəladə Hallar Xidmətinin əməkdaşı, 4-ü isə hərbçidir:
"Yerli vaxtla saat 11:00-a olan məlumata görə, 12 çoxmərtəbəli binaya ziyan dəyib, hotel binaları, prokurorluq, pensiya fondu, aptek, iki mağaza, iki kafe və iki mülki avtomobil ciddi zədələnib".