İrəvanın sabiq vitse-meri Vahe Nikoyana qarşı cinayət işi başlanılıb.
NUHÇIXAN “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə böyük miqyasda rüşvət almaqda ittiham edilir. Bu ilin fevralında məhkəmə Nikoyanın qanunsuz əldə etdiyi əmlakın müsadirə edilməsi ilə bağlı iddianı icraata qəbul edib.