Rumıniya Fransa ilə bağlanan müqaviləni ləğv edib

A- A A+

2019-cu ildə 4 hərbi gəmi üçün Rumıniya ilə Fransa arasında imzalanan müqaviləyə Fransa əməl etmədiyinə görə Rumıniya korvetlərin tədarükünü ləğv edib.

NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi müqavilənin imzalanması üçün son müddəti 2022-ci ilə qədər uzatmağı təklif etsə də, fransızlar buna əhəmiyyət verməyiblər. Nəhayət müqaviləni imzalamaq üçün fransız şirkətinə edilən xəbərdarlığa cavab ala bilməyən Rumıniya hökuməti 2019-cu ildə bağladığı korvet müqaviləsini ləğv etmək qərarına gəlib. Rumıniya səlahiyyətliləri tenderdə ikinci yeri tutan Niderlandın Damen Gəmiqayırma Zavodu ilə danışıqlara başlayacaq.

Beləliklə də Rumıniyanın xoşməramlı mövqeyinə baxmayaraq Fransanın vədinə əməl etməməsi müdafiə sənayesi sahəsindəki anlaşmanın məyusluqla bitməsinə səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: