"Rusiya hakimiyyəti müharibəni israrla öz ərazisinə çəkir".
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti müharibəni israrla öz ərazisinə çəkməyə davam edir: "Əslində, Rusiyaya pilotsuz uçuş aparatları ilə hücumlar ölkəni vətəndaş müharibəsinə aparan düzgün strategiyadır".
Qeyd edək ki, son zamanlar paytaxt Moskvaya və digər şəhərlərə PUA-larla hücumlar həyata keçirilir.