İspaniyanın beş muxtar bölgəsində istilərlə bağlı ən yüksək təhlükə elan edilib

A- A A+

Bu yay ən kəskin istilərin qeydə alındığı İspaniyanın beş muxtar bölgəsində ən yüksək təhlükə elan edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İspaniyanın RTVE teleradio şirkəti məlumat yayıb.

Sevilyada havanın temperaturu 44,6 dərəcəyə yüksəlib. Qranadanın müxtəlif yerlərində temperatur 42,6 ilə 44,1 dərəcə arasında dəyişib.

Meteoroloqlar xəbərdarlıq edir ki, üçüncü isti dalğası avqustun 11-nə qədər davam edəcək. Avqustun 10-da havanın temperaturu enməyə başlayacaq, lakin ölkənin şərq və cənub bölgələrində həddindən artıq istilər qalacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: