Ötən gün, avqustun 9-da Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda baş vermiş partlayış nəticəsində 110-dan çox bina zədələnib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sözügedən tikililər arasında həm inzibati binalar, həm də fərdi yaşayış binaları var.
Məlumata görə, hadisə nəticəsində 12 nəfər itkin düşüb.
Xatırladaq ki, partlayış nəticəsində 52 nəfər yaralanıb.
Faktla bağlı cinayət işi açılıb.